ABŞ-də qaz anbarında güclü yanğın baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikanın Oklahama ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz rezervuarında yanğın baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğını Oklahomanın Nəqliyyat Departamenti qeydə alıb.
Qeyd olunur ki, hadisə ilə əlaqədar məktəblər müvəqqəti bağlanıb və yaxınlıqdakı ərazilərdə nəqliyyat hərəkəti məhdudlaşdırılıb.
Qlenpulun dövlət məktəblərində özünütəcrid rejimi tətbiq edilib. Şagirdlər və əməkdaşlar binaların içərisində qalır, hakimiyyət orqanları bütün şagirdlərin təhlükəsizlikdə olduğunu bəyan edib.
Polis "Fox 23" telekanalına bildrib ki, hazırda zərər çəkənlər və ya yanğının digər obyektlərə yayılması barədə məlumat daxil olmayıb.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...