ABŞ-də ödənişli sürətləndirilmiş viza xidməti tətbiq oluna bilər

ABŞ-də ödənişli sürətləndirilmiş viza xidməti tətbiq oluna bilər
Dünya 21

ABŞ Dövlət Departamentinin iş və turizm vizaları üçün sürətləndirilmiş görüş xidməti ilə bağlı yeni pilot proqram hazırladığı iddia olunur.

BAKU.WS xəbər verir ki, müraciət edən şəxslər standart viza rüsumundan əlavə 750 ABŞ dolları ödəməklə 10 gün ərzində viza müsahibəsi üçün növbə əldə edə biləcəklər.

Bildirilir ki, proqramın bu həftə elan olunacağı, iyulun 1-dən dekabrın 31-dək isə seçilmiş ABŞ səfirlikləri və konsulluqlarında sınaq məqsədilə tətbiq ediləcəyi gözlənilir.

Qeyd olunur ki, 750 dollarlıq ödəniş könüllü əlavə xidmət hesab olunur və bu məbləğin ödənilməsi viza müraciətinin mütləq təsdiqlənəcəyi anlamına gəlmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər