ABŞ-də neft emalı zavodunda partlayış: əhaliyə sığınacaq çağırışı edildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Texas ştatının Port Artur şəhərində yerləşən "Valero" şirkətinə məxsus neft emalı zavodunda güclü partlayış baş verib.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı məlumatı "CNBC" telekanalının yerli bölməsi yayıb.
Partlayışdan sonra müəssisə ərazisi üzərində qalın tüstü müşahidə olunub. Yerli yanğınsöndürmə xidməti ətraf ərazilərdə yaşayan sakinlərə təhlükəsizlik məqsədilə dərhal sığınacaqda qalmaq göstərişi verib.
Məlumata görə, gündəlik 435 min barel neft emal gücünə malik olan zavodda 770 nəfər çalışır.
Dairə şerifi Zena Stivens bildirib ki, hadisənin ilkin səbəbi kimi sənaye qızdırıcısında baş verən nasazlıq ehtimal olunur. Hazırda müvafiq qurumlar zavod ətrafında havanın keyfiyyətinə nəzarət edir.
İnsident nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...