ABŞ-də 11 yaşlı uşaq atası ilə mübahisədən sonra ona atəş açıb
ABŞ-də 11 yaşlı oğlan atasına etiraz edərək onu güllələyib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Hadisə yanvarın 13-də Pensilvaniya ştatının Dankannon şəhərində baş verib. Yerli vaxtla saat 03:20 radələrində polis Cənubi Market-stritdə yerləşən evə daxil olub. Buna səbəb evdə həyat əlamətləri olmayan kişi barədə daxil olan məlumat olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yataq otağında, çarpayının üzərində 42 yaşlı Duqlas Ditsin başından güllə yarası ilə cəsədini aşkarlayıblar. Onun yanında isə yenicə ad gününü qeyd etmiş 11 yaşlı oğlu olub. Polis məlumatına görə, uşaq atası ona yatmağı tapşırıb "Nintendo Switch" oyun konsolunu əlindən aldıqdan sonra əsəbiləşib.
Valideynlər yatdığı vaxt oğlan konsolu axtarıb, lakin orada evdəki silah seyfinin açarını tapıb. Daha sonra seyfi açaraq tapançanı doldurub, çarpayının atasının yatdığı tərəfinə yaxınlaşıb və yaxın məsafədən atəş açıb.
Müstəntiqlərin sözlərinə görə, uşaqdan atəşdən sonra nə baş verəcəyini düşünüb-düşünmədiyi soruşulduqda, onun "çox qəzəbli olduğunu" və "bu barədə düşünmədiyini" deyib.
Qonşu Cessi Ueldon ailəni səthi tanıdığını bildirib və baş verənlərdən sarsıldığını deyib:
"Onlar çox gözə dəymirdilər, amma sakit və xoş insanlar təsiri bağışlayırdılar. Bunu heç gözləməzdim".
Məlumata görə, uşağa girov müqabilində azadlığa buraxılmaqdan imtina edilib. O, yanvarın 22-də məhkəmə qarşısına çıxarılacaq.
Oxşar xəbərlər
Övladına süd almaq üçün qonşusunun evini qarət etdi
Taylandda bir ata övladı üçün süd almaq məqsədilə qonşusunun evinə oğurluq məqsədilə girib. BAKU.WS xəbər verir ki, bu barədə "The Thaiger" nəşri məlumat yayıb...