ABŞ-də 11 yaşlı uşaq 5 yaşlı qardaşını öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kolorado ştatında 11 yaşlı məktəbli 5 yaşlı qardaşını öldürməkdə ittiham olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumata görə, azyaşlı uşağın meyiti evdə aşkar edilib. Daha sonra böyük qardaşa birinci dərəcəli qətl ittihamı irəli sürülüb.
Uşaqların nənəsi Douna Maylz bildirib ki, hadisə məktəbdən sonra baş verib. Onun sözlərinə görə, kiçik qardaş evə qayıtdıqdan sonra yatıb, böyük qardaşdan isə bu vaxt ev işləri ilə məşğul olması istənilib.
"Hadisə də məhz o yatdığı vaxt baş verib", – deyə nənə qeyd edib.
Hadisənin detalları rəsmi olaraq açıqlanmır, çünki hər iki uşaq yetkinlik yaşına çatmayıb. Ailə də baş verənlə bağlı əlavə şərh verməkdən imtina edib.
Yaxınlarının sözlərinə görə, qardaşlar bir-birinə çox bağlı olub və demək olar ki, ayrılmaz idilər.
"Onlardan birini görürdünsə, digəri mütləq yanında olurdu", – deyə Maylz xatırlayıb.
Hadisədən sonra ailə evi tərk edib və hazırda müvəqqəti olaraq otellərdə qalaraq daimi yaşayış yeri axtarır.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...