ABŞ Çinli jurnalistlər üçün yeni viza məhdudiyyətləri təklif edir
ABŞ Prezidenti Donald Trampın administrasiyası çinli jurnalistlər üçün yeni viza məhdudiyyətləri təklif edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Amerika hökuməti çinli jurnalistlərə ABŞ-də qalma müddətini 90 günə qədər uzatmaqla onlara sərt viza məhdudiyyətləri qoymağı təklif edir. Digər ölkələrdən olan jurnalistlərə 240 günlə məhdudlaşdırılaraq, onlara təyinatlarının sonuna qədər ölkədə qalmalarına icazə verən mövcud qayda aradan qaldırılacaq.
Aprel ayında ABŞ Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib. Çünki Çin hakimiyyəti xaricilərin, o cümlədən diplomatların və jurnalistlərin Tibetə girişini əngəlləyib.
Oxşar xəbərlər
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin sahillərində 85 qanunsuz miqrant saxlanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komanda...