ABŞ BYD və Alibaba da daxil olmaqla 188 Çin şirkətini qara siyahıya salıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) milli təhlükəsizliklə bağlı hazırladığı qara siyahını yeniləyərək daha 188 Çin şirkətini "Çin ordusu ilə əlaqəli" müəssisələr siyahısına daxil edib.
BAKU.WS xəbər verir ki, siyahıya elektrikli avtomobil istehsalçısı BYD, elektron ticarət nəhəngi Alibaba, həmçinin Nio, Comac, Huawei, Tencent, DJI və Baidu kimi iri Çin şirkətləri də daxil edilib.
Məlumata görə, bu siyahı hazırda birbaşa sanksiya nəzərdə tutmasa da, ABŞ şirkətlərini həmin müəssisələrlə əməkdaşlığın mümkün riskləri barədə xəbərdar etməyə xidmət edir.
Qərardan sonra Alibaba və Baidu ittihamları rədd edərək, şirkətlərinin Çin ordusu ilə əlaqəsinin olmadığını bildirib və hüquqi addımlar atacaqlarını açıqlayıblar.
Çin tərəfi isə ABŞ-nin qərarını ayrı-seçkilik kimi qiymətləndirib və Pekinin buna cavab tədbirləri görəcəyini istisna etməyib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...