ABŞ aviadaşıyıcısı Yaxın Şərqə doğru hərəkət edərkən transponderini söndürüb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin "USS Nimitz" adlı aviadaşıyıcısı İran və İsrail arasında gərginliyin artması fonunda Yaxın Şərqdəki Amerika qüvvələrini qorumaq məqsədilə bölgəyə doğru hərəkət etdiyi bir vaxtda transponderini deaktiv edib və mövqeyi ilə bağlı məlumat ötürməyə son verib.
BAKU.WS xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Son ötürülən siqnallara əsasən, gəmi Malayziya və İndoneziya arasında yerləşən sularda müşahidə olunub. Lakin aviadaşıyıcının son təyinat nöqtəsi açıqlanmayıb.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri İsrail–İran qarşıdurmasının eskalasiyası səbəbilə bölgəyə əlavə döyüş təyyarələri göndərmək qərarı verib.
"Reuters" agentliyinin məlumatına görə, söhbət F-16, F-22 və F-35 tipli təyyarələrdən gedir. Bu təyyarələr əsasən pilotsuz uçuş aparatları və raketlərin məhv edilməsi məqsədilə istifadə olunur.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...