ABŞ atəşkəsə nəzarət məqsədilə İran və Livanla birgə qrupun yaradılması üzrə hazırlıqları davam etdirir
ABŞ İsveçrədə keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların icrasını davam etdirəcək və bu çərçivədə Livan və İranla birlikdə atəşkəs rejiminin möhkəmləndirilməsi, müvafiq tədbirlərin icrasına nəzarət məqsədilə birgə qrupun yaradılması da nəzərdə tutulur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aunun ABŞ-nin Vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə telefon danışığının yekunlarına dair məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda gələcək qrupun işinin təşkilati aspektləri və formalaşdırılması qaydası üzərində iş aparılır.
Söhbət zamanı Vens və Rubio İsveçrədə əldə edilmiş razılaşmaların sonrakı icrasının zəruriliyini vurğulayıblar.
Cozef Aun Livandakı vəziyyətə göstərilən diqqətə və "Hizbullah"la İsrail arasında müharibənin dayandırılmasına, dövlət hakimiyyətinin möhkəmləndirilməsinə və Livanın qərarlarının müstəqilliyinin təmin edilməsinə yönəlmiş səylərə görə ABŞ tərəfinə təşəkkür edərək bildirib ki, suverenliyin, vətəndaşların ləyaqətinin və təhlükəsizliyinin qorunması üçün müstəsna məsuliyyət məhz dövlətin üzərinə düşür.
Qeyd edək ki, bu gün Vaşinqtonda İsrail və Livan arasında danışıqların beşinci raundu başlayıb. Danışıqlar iyunun 25-dək davam edəcək.
Oxşar xəbərlər
ABŞ Kuba hakimiyyəti ilə əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq edib
Vaşinqton administrasiyası Kubanın beş təşkilatına və Kastro ailəsinin bir üzvünə qarşı əlavə sanksiyalar tətbiq edərək, onları repressiyaları və ABŞ-yə milli t...