Abbas Əraqçi və Fransanın XİN rəhbəri İrandakı vəziyyəti müzakirə ediblər
İran xarici işlər naziri Abbas Əraqçi Fransadan olan həmkarı Jan Noel-Barrot ilə telefon danışığında xarici qüvvələrin ölkələrin daxili işlərinə müdaxiləsinin pislənməsini tələb edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, söhbət zamanı müxtəlif sahələrdə dövlətlərarası münasibətlər də müzakirə olunub.
Qeyd edək ki, yanvarın 13-də Fransanın xarici işlər naziri Jan-Noel Barrot İranın ölkədəki səfirini Parisə çağırıb. Bununla bağlı "X"dəki hesabında paylaşım edən nazir bildirib ki, İranda dinc sakinləri atəşə tutanlar cəzasız qala bilməzlər.
J’ai convoqué aujourd’hui l’ambassadeur d’Iran à Paris. Il ne saurait y avoir d’impunité pour ceux qui tournent leurs armes contre des manifestants pacifiques. pic.twitter.com/04H5C1SeSt
— Jean-Noël Barrot (@jnbarrot) January 13, 2026
Oxşar xəbərlər
Pezeşkian: ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi
ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi. BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. "Bütün çət...