Abbas Əraqçi: "Tramp əylənmək istədiyi üçün İrana qarşı müharibəyə başlayıb"
Donald Tramp əylənmək istədiyi üçün İrana qarşı müharibəyə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
İranın Xarici İşlər Nazirliyi ABŞ-ın zərbələrini "Tramp əylənmək istəyir" deyərək izah edib.
Xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, onlar gəmiləri batırır və müxtəlif yerlərə zərbələr endirirlər, çünki bu əyləncəlidir.
Əraqçi vurğulayıb ki, münaqişə zamanı insanlar "yalnız Prezident Tramp əylənmək istədiyi üçün" əziyyət çəkirlər.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts İrandakı münaqişənin İraqda baş verdiyi kimi genişmiqyaslı müdaxilə ilə nəticələnməyəcəyini bildirmişdi.
Oxşar xəbərlər
Əbu-Dabidə raket həyəcanı: 1 nəfər həyatını itirib
BƏƏ-nin paytaxtı Əbu-Dabidə baş verən raket hadisəsi nəticəsində bir nəfər həyatını itirib. BAKU.WS "Əl-Cəzirə"yə-ə istinadən xəbər verir ki, raket Əl-Bəhyan b...