99 milyon illik kəhrəbanın içində dinozavr quyruğu tapıldı

99 milyon illik kəhrəbanın içində dinozavr quyruğu tapıldı
Dünya 124

Elmi araşdırmalar nəticəsində 99 milyon il əvvəlki dövrə aid olan, kəhrəbanın içində qalmış tükcüklü dinozavr quyruğu aşkarlanıb. Bu tapıntı, dinozavrlarla müasir quşlar arasındakı təkamül əlaqəsini sübut edən nadir nümunələrdən sayılır.

BAKU.WS trthaber-ə istinadən xəbər verir ki, Kəhrəban parçası əvvəlcə bazarda adi daş kimi satılırdı. Lakin araşdırma zamanı məlum olub ki, onun içində balaca quş ölçüsündə gənc tselurozavr növünə aid tükcüklü quyruq gizlənib.

Mütəxəssislər bildirir ki, bu canlı quş deyil, dinozavr olub. Quyruğundakı onurğa sümüklərinin ayrılıqda qalması, müasir quşlardakı kimi birləşməməsi bunu sübut edir.

Quyruq hissəsi üst tərəfdən qəhvəyi, alt tərəfdən ağ rəngli tükcüklərlə örtülüb. Alimlərin fikrincə, bu tükcüklər uçmaq üçün deyil, bədən istiliyini qorumaq məqsədilə yaranıb.

Tədqiqatçılar quyruqda dəmir izlərinə – yəni qan qalığına – rast gəliblər. Bu, dinozavrın kəhrəbanın içində qaldığı anda hələ sağ olduğunu göstərir.

Kəhrəbanın üçölçülü quruluşu sayəsində tük, sümük və yumşaq toxumalar real vəziyyətdə qorunub. Bu isə alimlərə qədim canlıların quruluşunu daha dəqiq öyrənmək imkanı verir.

Adətən kəhrəbanlarda böcəklər və ya bitki qalıqları tapılır. Dinozavrın belə tam vəziyyətdə qalması paleontologiya üçün son dərəcə nadir hadisə hesab olunur.

Son xəbərlər