SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada müxalif düşüncəli gənclərin lideri sayılan Aleksey Navalnı komadan ayılıb. 

BAKU.WS xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. 

Almaniyanın “Charite” klinikasındakı həkimlər müxalif lideri süni tənəffüs aparatından ayırıblar.

Qeyd edək ki, qanında “Noviçok” adlı zəhərli maddə aşkarlanan A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss edib. 

Əvvəlcə o, Omskda xəstəxanaya, daha sonra isə Almaniyadakı klinikaya yerləşdirilib. 

BAKU.WS