SİZİN REKLAM BURADA!
055 213 76 73



İki tələbə qız məhkəmə qarşısına çıxarılıb. Onların günahı odur ki, supermarketin zibil konteynerlərinə atılmış ərzağı götürüblər. Almaniya qanunlarına görə, bu, oğurluqdur. Mağazaya məxsus mülkə icazəsiz əl qoyulub. Tələbə xanımların mühakimə olunmasına insanlar etiraz edir. Zibillikdən ərzaq götürmüş tələbələrdən biri deyir ki, qorxudan hələ də ayaqlarım əsir.

Gördüyünüz kimi, Almaniyada da sarsaq qanunlar az deyil...

BAKU.WS musavat.com-a istinadən Avropanın qəribə və məntiqsiz qanunlarını təqdim edir:

Zibili xalçanın altına süpürmə

Elə düşünməyin ki, bu, nə isə qeyri-adi hadisədir. Almaniyada bu kimi əcaib hadisələr çox olur. Ən önəmlisi isə odur ki, Almaniya mətbuatı bu kimi biabırçılıqları ört-basdır etmir. Əksinə, gerizəkalılıqdan qaynaqlanan bu kimi kənaraçıxmaların üstünə gedir...

Qum qəsri salmaq qadağandır

Almaniyanın bu kimi “dəlisov” qanunlarına bir nəzər salaq. Məsələn, Almaniyanın Şimalına və Şərqinə gedən turistlər özləri ilə balaca vedrə və bel götürməsə yaxşıdır. Adətən turistlər vedrə və bel vasitəsi ilə qumlu sahillərdə qəsr və bu kimi sənət əsərləri “yaradırlar”. Qanun isə bunu qadağan edir.

Körpünün üstündən hərbi yerişlə keçmək olmaz

Almaniyada Nəqliyyatın Tənzimlənməsi ilə bağlı qanunun piyadalara aid hissəsinin 27-ci paraqrafının 6-cı maddəsində beləcə də yazılıb.

Almaniyada prezidenti təhqir edəni... Həbsxana gözləyir. 3 aydan 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası var. Qərb ölkələrində belə qanunlar çoxdan gündəmdən çıxıb. Ancaq Almaniyada hələ də qanunla bu belədir. Düzdür, bu qanundan demək olar ki, istifadə olunmur.

Velosiped sürmək qadağandır

Almaniyada Helqoland adlı bir ada var. Orada nəinki avtomobil, heç velosiped də sürməyə qanun icazə vermir. Dünyanın heç bir yerində oxşar qanun tapa bilməzsiz...

Çətirin rəngi qanunla tənzimlənib


Almaniyanın kiçik yaşayış məntəqəsi olan Bad-Sooden-Allendorf-da sən ürəyin istəyən çətirlə gəzə bilməzsən. Çünki polis səni qanuna əsasən cərimə edə bilər. Bütün çətirlər qum, qəhvəyi və mavi rəngli olmalıdır. Tutaq ki, qırmızı olsa, polis başının üstünü kəsəcək...

Ölüm hökmü

Almaniyada axırıncı dəfə ölüm hökmü nə vaxt icra olunub? Kimsə xatırlamır. Ancaq Almaniyanın Hessen şəhərində ölüm hökmü hələ də qüvvədədir. Ancaq Hassen şəhərində hakim nəzəri baxımdan kimə qarsısa ölüm hökmü çıxarsa belə, həmin hökm icra olunmayacaq. Çünki federal qanunlar yerli qanunlardan üstün gücə malikdir...

Korlar şikəst sayılmır

Şikəst adamlar üçün Almaniyanın hər yerində xüsusi avtopark yerləri var. Ancaq korlar həmin parkdan istifadə edə bilməz.

Yazıq yapon...

Bu hadisə isə Almaniyada hələ də dildə-ağızda dolaşır. Deməli, Yaponiyadan gələn 53 yaşlı xanım Frankfurt şəhərinə getmək istəyir. Rəfiqəsi orada yaşayırmış. 500 km. yol gedəndən sonra Frankfurta gəlib çatır. Ancaq əlində olan ünvanı tapa bilmir. Axırda Almaniyadakı Yaponiya səfirliyinə müraciət edir.

Araşdırmalardan sonra bəlli olur ki, Almaniyada Frankfurt adlı iki şəhər var. (Frankfurt am Main və Frankfurt an der Oder). Sonra o da müəyyən olur ki, yaponiyalı qonaq elə getməli olduğu Frankfurtun 5 metrliyində olub. Yanlış izaha görə onu 500 km. kənardakı Frankfurta göndəriblər...

Bu yazı Almaniya mətbuatında gedən yerli jurnalistlərin məqalələri əsasında hazırlanıb. Həmin məqalələrin linklərini təqdim edirik:

https://www.huffingtonpost.de/2014/08/14/sandburgen-verboten-deutschland-gesetze_n_5677529.html?fbclid=IwAR1ySDSy4nkfgdpf0yIHmlhxyXKT1lTB6mB63LRf8XtHEZ7uPtDCP498YE0

https://www.sueddeutsche.de/panorama/stuss-mit-lustig-japanerin-besucht-das-falsche-frankfurt-1.2145901?fbclid=IwAR2BEsaij9JSJbqCsZdCKPJElQGqRjvJLwbHudVEVzlu4fz6CQKZEzmdwpE

BAKU.WS