Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir və biz bu yolla gedəcəyik. Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və məhz belə də olmalıdır", - o bildirib.
Paşinyan həmçinin diqqəti tarixi Ermənistana yox, real Ermənistana yönəltməyin və gələcək nəsillər üçün xoşbəxt və azad dövlət qurmağın vacibliyini qeyd edib.
Oxşar xəbərlər
Şahin Mustafayev Özbəkistanla iqtisadi əməkdaşlığın əsas göstəricilərini açıqlayıb
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. BAKU.WS "Report"a...