Almaniyada həyat iflic oldu - FOTO, VİDEO

Almaniyada həyat iflic oldu - FOTO, VİDEO
Video
Hadisə 3392
Avropada təbii fəlakət tüğyan edir. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada daşqınlar və güclü külək həyatı iflic edib. Vuppertal rayonunda küçələri sel basıb. Avtomobillərin hərəkəti çətinləşib. Yollarda ağaclar kökündən qoparaq yol və evlərin üstünə aşıb. Almaniya Dəmir Yolları əlverişsiz hava səbəbindən həmin rayon istiqamətində səfərləri təxirə salıb. Ticarət mərkəzlərini su basıb. Güclü külək bölgədə bir çox çətinliklər yaradıb. Elektrik enerjisi kəsilib və rabitə əlaqələri itib. Evlərin damı uçub. Avtomobillərin çoxuna ziyan dəyib. Baş verən hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir. Təbii fəlakət nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün Almaniya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bölgələrə cəlb olunub. Ziya BabayevBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər