SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın “RİA Novosti” agentliyinin müxbiri Moskvada binanın səkkizinci mərtəbəsindən özünü atıb.

BAKU.WS xəbər verir ki, Rusiya mediasında çalışan 40 yaşlı Antonio Manuel Sançes İspaniya vətəndaşıdır.

"112" telekanalının yazdığına görə, jurnalist gündüz özünü pis hiss edib və təcili yardım çağıraraq yorğunluqdan, fikir dağınıqlığından şikayət edib. Həkimlər ona sakitləşdirici həblər veriblər. Axşam saat 21.40-da isə onun cəsədini qonşu qadın tapıb.

İstintaqçılar onun intihar etdiyini ehtimal edir. Jurnalist özündən sonra heç bir məktub buraxmayıb.

Antonionun sevgilisi onun son zamanlar depressiyadan əziyyət çəkdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır. 

BAKU.WS