SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin şərqindəki Anhoy əyalətində yenidən koronavirus infeksiyası aşkar edilib.

BAKU.WS-in məlumatına görə, virus Ekvadordan idxal edilmiş krevetka bağlamasının üzərində tapılıb.

Qeyd olunur ki, bağlama ekspertizaya aparılıb. Həmin bağlama ilə təmasda olmuş şəxslərin üzərində keçirilmiş testlər mənfi nəticə verib. Bağlamanın yaxınlığında olan digər əşyalar da yoxlamaya göndərilib.

Ötən gün Şandun əyalətində dondurulmuş dəniz məhsulları bağlamasında koronavirus aşkar edilmişdi.

BAKU.WS