SİZİN REKLAM BURADA!
055 213 76 73


Belarusda keçirilən prezident seçkilərində Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya etiraz aksiyalarında iştirak etməyəcək.

BAKU.WS-in məlumatına görə, bu barədə onun mətbuat katibi Anna Krasulina açıqlama verib. Onun sğzlərinə görə, Tixanovskaya bu qərarı təxribatlardan qaçmaq üçün qəbul edib.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib.

Mərkəzi Seçki Komitəsi seçicilərin 80,08 faizinin Aleksandr Lukaşenkoya, 10.09 faizinin S. Tixanovskayaya səs verdiklərini açıqlayıb.

Nəticələrə etiraz olaraq dünən gecə paytaxt Minskdə və digər şəhərlərdə aksiyalar keçirilib. 

BAKU.WS