SİZİN REKLAM BURADA!
055 213 76 73


Livanın Beyrut limanında partlayışdan sonra əhali hökumətə qarşı etirazlara başlayıb. Etirazçılar parlament binasının qarşısına toplaşıblar.

BAKU.WS Baku.Tv-yə istinadən xəbər verir ki, onlarla polis arasında toqquşma zamanı nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Bir çox Livanlı fəlakətə görə ölkənin siyasi elitalarını günahlandırır, onları korrupsiya və idarəedilməzlikdə təqsirkar bilir. Aylardır iqtisadi çöküşün astanasında olan ölkədə indi də partlayış səbəbilə vəziyyət pisləşib.

Livan hökuməti Beyrut partlayışına görə 16 nəfərin saxlanıldığını açıqlayıb. Eyni zamanda iki dövlət məmuru istefa verib. Millət vəkili Marvan Hamadeh mandatından imtina edib.

Dünən Fransa Prezidenti Emmanuel Makron Beyruta gedib və Livan hökumətində “əsaslı dəyişiklik” lazım olduğunu deyib, faktla bağlı beynəlxalq araşdırma üçün çağırış edib.

Qeyd edək ki, limanda baş verən partlayışda 149 nəfər ölüb, 4000-dən çox insan isə yaralanıb.

BAKU.WS
VİDEO