Beyrutda ölənlərin sayı durmadan artır: 135 ölü, 5 min yaralı - FOTO

Beyrutda ölənlərin sayı durmadan artır: 135 ölü, 5 min yaralı - FOTO
Foto
Siyasət 331

Avqustun 4-də Beyrut limanında baş verən partlayışda ölən və yaralananların sayı artıb.

BAKU.WS xəbər verir ki, Livan xəstəxanalarına çatdırılan 135 nəfərin ölüm xəbəri çıxıb.

Bundan əlavə 5 min Beyrut sakininin də yaralandığı bildirilir.

Qeyd edək ki, Beyrutun dəniz limanında, Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş verib. Partlayışın dalğası Livan paytaxtının yaşayış məntəqələrini silkələyib.

Bir sıra ölkələrin səfirliklərinin binaları, əməkdaşları, habelə BMT-nin Livandakı nümayəndəliyinin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb. Hadisə nəticəsində Livanın un ehtiyatının 85 faizi də məhv olub. Ölkədə çörək qıtlığının yaranacağından ehtiyat edilir.

Partlayışın səbəbi dəqiq məlum deyil. Limanın anbarında 2 750 ton ammonium nitrat (selitra) olub. Bu maddədən azot gübrəsi ilə yanaşı, partlayıcı maddə kimi də istifadə edilə bilər.

Selitra 6 ildən çoxdur, anbarda nəzarətsiz, heç bir təhlükəsizlik tədbiri görülmədən saxlanılıb. Belə ki, 2014-cü ilin martında Beyrut limanında Ukrayna gəmisində Moldovaya məxsus “Rhosus” yük şirkətinin ammonium nitratı saxlanılıb. Gəminin göyərtəsindəki dənizçilər Rusiya vətəndaşları olublar.

Son xəbərlər