Beyrutdakı partlayış ölkəyə milyardlarla dollar ziyan vurub
Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında baş verən partlayış ölkəyə milyardlarla dollar maddi ziyan vurub.
BAKU.WS-in məlumatına görə, bu barədə Beyrut şəhərinin qubernatoru Mərvan Abbud “Al-Hadath” telekanalına verdiyi açıqlamasında bildirib.
O qeyd edib ki, ilkin hesablamalara görə, partlayış nəticəsində vurulan maddi ziyanın məbləği 15 milyard dollardan çoxdu. Amma bu rəqəmin dəfələrlə artacağı da istisna olunmur.
Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.
Son məlumata görə, partlayış 135 nəfərin həyatına son qoyub, 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.
Oxşar xəbərlər
Beyrutda partlayış 300 min insanı evsiz qoydu - FOTO
Livanın paytaxtı Beyrutda partlayışdan sonra təxminən 300 min insan evsiz qalıb. BAKU.WS xəbər verir ki, bunu Livan paytaxtının qubernatoru Mərvan Abbuud deyib....