“Twitter” hesabı oğurlanan məşhurların sayı açıqlandı

17
iyl
2020
11:20
“Twitter”də dünən bir sıra məşhur şəxslərin və şirkətlərin hesabları hakerlər tərəfindən ələ keçirilib.
BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, onların arasında Barak Obama, Bil Qeyts, İlon Mask, Co Bayden, Uorren Baffet, Kanye Uest, Maykl Blumberq, həmçinin “Apple” və “Uber” şirkətləri də var.
Bu, son dövrlərdə “Twitter”ə edilmiş ən böyük kiber hücumlardan biridir.
Şirkətdən verilən açıqlamada bildirilib ki, ümumilikdə 130 hesab ələ keçirilib.
Hazırda problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
İlon Mask meydan oxudu - qadağaya baxmayaraq istehsala başladı
“Tesla” şirkətinin sahibi İlon Mask avtomobil istehsalına yenidən başlayacaqlarını açıqlayıb. BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Mask Tvitterdəki...
