9 aydır kosmosda qalan astronavtlar Yerə qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
NASA Butç Uilmor və Suni Uilyamsın sabah axşam SpaceX gəmisi ilə Yerə dönəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, amerikalı astronavtlar Barry "Butch" Wilmore və Suni Williams, iyun ayında Boeing-in Starliner gəmisini sınaqdan keçirmək üçün Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərilmişdi. Lakin gəmidəki texniki nasazlıqlar səbəbindən onların Yerə dönüşü gecikib.
NASA-nın verdiyi məlumata görə, astronavtlar TSİ 23:57-də (21:57 GMT) Florida sahillərində okeana enəcək.
Onlarla birlikdə NASA astronavtı Nik Heyq və rus kosmonavt Aleksandr Qorbunov da Yerə qayıdacaq. NASA dönüş anını canlı yayımlayacaq.
Bu missiya Starliner gəmisinin etibarlılığı ilə bağlı yeni müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...