SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin yerli vaxtla 5 may saat 18:00-da “Long March-5B” raketi ilə kosmosa göndərdiyi kosmik gəmi 2 gün 19 saat ərzində missiyasını tamamlayaraq Yerə qayıdıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çinin Haynan adasından göndərilən kosmik gəmi bu gecə yerli vaxtla 01:49-da Donqfinq bölgəsinə eniş edib.

Məlumata görə, kosmik aparatdakı kapsul zərər görməyib və missiya uğurla tamamlanıb.

Qeyd edək ki, Çin 2022-ci ildə kosmik stansiyasını qurmağı planlaşdırır və bu fəaliyyətlər həmin planın tərkib hissəsidir.

Çin bu stansiya sayəsində öz texnologiyasını inkişaf etdirmək istəyir. Daha sonra isə kosmik qaynaqların istifadə edilməsinin yoxlanılması üçün təcrübələr aparılacaq.

Hazırda kosmosda fəaliyyətdə olan Beynəlxalq Kosmik Stansiya 2024-cü ildə missiyasını tamamlayacaq. Bundan sonra isə kosmosda stansiyaya sahib olan tək ölkə Çin olacaq.

BAKU.WS
QALEREYA