SİZİN REKLAM BURADA!
055 213 76 73


“Samsung” şirkəti koronavirus səbəbindən ABŞ-da elektrikli avtomobillər üçün batareya istehsal edən zavodunu müvəqqəti olaraq bağlayıb.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, pandemiya bitdikdən sonra zavod yenidən fəaliyyətə başlayacaq.

Cənubi Koreyanın “LG” şirkəti də ABŞ-ın Miçiqan ştatındakı iki zavodunu bağlamaq məcburiyyətində qalıb.

Bu zavodlarda “Renault”, “Volkswagen”, “General Motors” və “Hyundai Motor” kimi şirkətlərə avadanlıqlar istehsal edilirdi.

Zavodlar 13 aprelə qədər bağlı olacaq. Həmin tarixdə pandemiya ilə bağlı vəziyyət yenidən dəyərləndiriləcək və ehtiyac olarsa, zavodların bağlı qalma müddəti uzadılacaq.

BAKU.WS