VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan hökuməti əhaliyə müraciəti zamanı görüşərkən öpüşməməyi, əlləri sıxmamağı və izdihamlı yerlərdən mümkün qədər uzaq durmağı istəyib.

BAKU.WS "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze müraciət ünvalayıb.

"Biz gürcülərdə görüşərkən öpüşmək ədati var. Bu, yalnız koronavirusa aid deyil. Çalışmalıyıq ki, hava-damcı yolu və yaxın əlaqə vasitəsi ilə bir-birinə yoluxucu xəstəliklərin ötürüldüyü bir vaxtda bu adəti tərbiyə edək", - deyə Amiran Qamkrelidze bildirib.

O əlavə edib ki, koronavirusun yayıldığı bir dövrdə görüşərkən əlləri sıxmaq da tövsiyyə olunmur.

BAKU.WS