VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ərzurum şəhərindəki xəstəxanalarda karantin elan olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Ərzurum xəstəliyə qarşı mübarizə çərçivəsində pilot bölgəyə çevrilib və bir çox xəstəxanada karantin tətbiq olunur. 

Türkiyənin qonşusu olan İran, İraq, Yunanıstan və Gürcüstanda koronavirusdan yoluxma halı qeydə alındığı üçün vəziyyət gərginləşib. 

Ölümcül virusun Türkiyənin qonşu ölkələrində yayılmasından sonra ölkədə tədbirlər gücləndirilib. İranla quru sərhədi bağlanılıb, Türkiyə vətəndaşlarının İrana getməsinə icazə verilmir.

İrandan gəlmək istəyən Türkiyə vətəndaşları da karantində olmasına razı olduqları təqdirdə ölkəyə buraxılır.

BAKU.WS
VİDEO