SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı rəhbərliyi yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbilə Ümrə və "Məscidül Nəbəvi" ziyarətlərinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

BAKU.WS SPA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, epidemiyanın qarşısını almaq üçün beynəlxalq təşkilatlar və hökumətlər, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının (DST) səyləri dəstəklənəcək.

"Səhiyyə orqanlarının tövsiyələri və virusun yayılmasının qarşısını almaq üçün görülən qoruyucu tədbirlər çərçivəsində Ümrə və İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) məscidinə ziyarət üçün Səudiyyə Ərəbistanına giriş müvəqqəti olaraq dayandırılıb", - deyə bəyanatda qeyd olunur.

BAKU.WS