SİZİN REKLAM BURADA!
055 213 76 73


Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Sabiq prezident 91 yaşında uzun sürən xəstəlikdən sonra həyatını itirib.

Yanvarın sonlarında eks-prezidentin mədəsində şiş aradan qaldırılmışdı. O, reanimasiya şöbəsində saxlanılırdı.

Hüsnü Mübarək 1981-ci ildən 2011-ci ilə qədər olan müddətdə Misiri 30 il idarə edib. 2011-ci ilin fevralında baş verən etirazlardan sonra tutduğu postdan istefa vermişdi.

Misirin keçmiş lideri korrupsiya və nümayişçilərin ölümü ittihamı ilə həbs edilmişdi.

Mübarək təxminən altı il həbsxanada saxlanılmışdı. 2017-ci ildə isə sərbəst buraxılmışdı. O, ailəsi ilə birgə Qahirədəki Heliopolis bölgəsindəki villasında yaşayırdı.

BAKU.WS