SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfqanıstanın Qəzni şəhərində yanvarın 27-si vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Bombardier E-11A" təyyarəsində 18 general həyatını itirib.

BAKU.WS xəbər verir ki, bu iddia ilə "Təsnim" agentliyi çıxış edib.

İddiaya əsasən, "Taliban" yaraqlıları tərəfindən Əfqanıstan səmasında vurulan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran, İraq və Əfqanıstan üzrə əməliyyatlarla məşğul olan şöbə müdiri Maykl D'Andrea, o cümlədən 17 amerikalı general olub.

Qeyd edək ki, "Reuters" agentliyi Qəzni şəhərinin polis rəisinin sözlərinə istinadən xəbər verib ki, qəzaya uğrayan təyyarədən dörd cəsəd tapılıb. Daha iki nəfər sağ qalıb, lakin yerləri barədə məlumat yoxdur. Onların "Taliban" tərəfindən tutulma versiyası daha çox səsləndirilir.

Birləşmiş Ştatlar Əfqanıstanda qəzaya uğrayan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə aid olmasını təsdiqləyib. ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Qoldfein qəzanın səbəbləri və ölənlər barədə məlumat verməyib.

Təyyarədə öldüyü iddia edilən D'Andrea ABŞ ordusu üçün vacib personajlardan biri olub. MKİ-nin hesabatlarında göstərildiyi kimi, o, general Qasim Süleymaniyə qarşı hücumu təşkil edib. Maykl D'Andrea MKİ-də 1979-cu ildən bəri işləməyə başlayıb. O, Afrikada, ABŞ-ın Darus-Salam (Tanzaniya) səfirliyində işləyib, sonra Qahirədəki MKİ idarəsinin rəhbəri olub və daha sonra Bağdadda xidmət aparıb. 2017-ci ildən bu yana İran istiqamətinə nəzarət edib. D'Andrea 2006-cı ildən bəri 9 ildir, MKİ-nin Antiterror Mərkəzinə rəhbərlik edib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının sabiq komandanı general Qasım Süleymani bu il yanvarın 3-ü Bağdad hava limanını tərk edərkən ABŞ-ın raket hücumu zamanı həyatını itirmişdi.

BAKU.WS