SİZİN REKLAM BURADA!
055 213 76 73



Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları Buket Yıldız və Zeynəb Hüsünbeyini qətlə yetirən Hüsnü Can törətdiyi cinayəti etiraf edib.

BAKU.WS
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda atasının məzarı üstündə saxlanılan qatil əvvəlcə "Mən öldürmədim" deyə qışqırsa da, dindirilmə zamanı qızları öldürdüyünü boynuna alıb. 

O, qətlin səbəbini keçmiş sevgilisi Buket Yıldızın ona geri dönmək istəməməsi ilə əlaqələndirib. B.Yıldızın rədd cavabından qəzəblənərək onu öldürməyi planlaşdırıb.


                         Qatil və qurbanlar bir arada

Yanvarın 2-də səhər saatlarından Hüsnü Can onun yaşadığı evə gedərək mənzilə daxil olub. Qız evə gələn zaman H.Can onu bıçaqla qətlə yetirib. Daha sonra Zeynəb Hüsünbeyini qətlə yetirib. 


Qatil B.Yıldızın otaq yoldaşı Zeynəb Hüsünbeyini isə izi itirmək üçün öldürdüyünü deyib.


Hüsnü Can cinayətin qarət məqsədilə törədildiyini görüntüsü yaratmaq üçün evdəki 4 kompüteri özü ilə götürərək yanvarın 3-də axşam saatlarında Türkiyəyə qaçıb.


H.Can törətdiyi cinayətdən 3 gün sonra İstanbulda atasının məzarı üstündə saxlanılıb.


BAKU.WS