20 Yanvar qətliamının əsas təşkilatçılarından biri öldü
Sovet İttifaqının marşalı Dmitri Yazov Moskva şəhərində ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Məlumata görə, 96 yaşlı Dmitri Yazov fevralın 25-də ağır və uzun sürən xəstəlikdən sonra həyatını itirib.
Yazov Sovet İttifaqının marşalı rütbəsinə layiq görülən hərbi rəhbərlərin sonuncusu idi.
O, 1987-ci ilin mayından 1991-ci ilin avqustuna qədər SSRİ Müdafiə naziri vəzifəsini icra edib.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı qətliam törədib. Hadisə nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Məlumat üçün bildirək ki, Vilnüs Dairə Məhkəməsi 1991-ci il yanvarın 13-də Vilnüsdə baş vermiş hadisələrlə əlaqədar Dmitri Yazovun barəsində açılan cinayət işinə baxıb. Məhkəmə SSRİ-nin keçmiş müdafiə nazirinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qiyabi hökm çıxarıb.
Oxşar xəbərlər
Qazaxıstanda kütləvi qarşıdurma: 8 nəfər ölüb, 40 nəfər yaralanıb - VİDEO
Qazaxıstanın Jambıl vilayətinin Kordai rayonunda (respublikanın cənubunda) baş verən iğtişaşlar zamanı səkkiz nəfər ölüb, daha 40 nəfər yaralanıb, təxminən 50 n...