Kiyev-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarı koronavirus təhlükəsi ilə karantinə alınıb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Təhlükəsizliyi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qatar Rusiya ərazisinə daxil olduqdan sonra sərnişinlər tibbi müayinədən keçirilən zaman bir çinli sərnişinin yüksək hərarətinin olduğu məlum olub. Bu səbəbdən qatar sərnişinlərlə birlikdə karantinə alınıb.

Qatarda Özbəkistan, Kanada, Rusiya və Ukraynada ümumilikdə 21 sərnişin olub.

Qeyd edək ki, 20 fevralda Çinin Uhan şəhərindən təxliyə edilən 80 ukraynalı xəstəxanalara yerləşdirilib.

Fərid ƏDALƏT
BAKU.WS