Koronavirusdan Çin iqtisadiyyatına ağır zərbə: 143 milyard dollar

17
fev
2020
09:54
Bu günə kimi 1772 nəfərin həyatına son qoyan koronavirusun yeni növü (COVID-2019) Çin iqtisadiyyatına da böyük zərbə vurub.
BAKU.WS xəbər verir ki, bu barədə “Tayhe” analitik mərkəzi hesabat hazırlayıb.
Hesabatda göstərilir ki, koronavirusa görə Çin iqtisadiyyatına vurulan zərbə 1 trilyon yuan (143.1 milyard dollar) təşkil edəcək.
Hazırda Çinin bir çox şirkətləri virusla bağlı karantin elan olunan şəhərlərdə fəaliyyət göstərə bilmir. Buna səbəb isə müəssisələrdə işləyəcək əməkdaşların olmamasıdır.
Oxşar xəbərlər
Dünya Səhiyyə Təşkilatı yeni koronavirusa rəsmi ad verib
Çində yaranan koronavirusun yeni növünə rəsmi olaraq COVID-2019 adı verilib. BAKU.WS xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adonom...