13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Türkiyənin Elazığ şəhərində baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb. 

Təbii fəlakət zamanı həmçinin 1607 nəfər xəsarət alıb.

*** 17:00

Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində qurbanların sayı 36 nəfərə çatıb. 

BAKU.WS xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb. 

Bildirilir ki, təbii fəlakət zamanı 45 nəfər dağıntılar altından xilas edilib, 1500-ə yaxın insan isə müxtəlif növ bədən xəsarətləri alıblar. 

Rəsmi məlumata görə, yeraltı təkanların meydana gəldiyi vaxtdan indiyədək bölgədə 4 baldan çox 20 yeraltı təkan və 678 afterşok qeydə alınıb. Əraziyə 10 mindən çox çadır göndərilib. Onlardan 6 min 455-i artıq qurulub.

Hazırda xəstəxanalarda 104 nəfərin müalicə olunduğu deyilir.

Qeyd edək ki, zəlzələ nəticəsində Elazığ şəhərində 31 tikili dağılıb, 249-u ağır zədə alıb.

BAKU.WS
VİDEO