VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan şəxs bir neçə saniyədən sonra ayağa qalxaraq yoluna davam edib.

BAKU.WS xəbər verir ki, joker.ykt.ru portalında paylaşılan görüntülər hər kəsi heyrətə salıb.

"Yakutskdakı 203-cü mikrorayonda sərt kişilər yaşayır. 9-cu mərtəbədən qar yığınının üstünə tullandı, uzandı və durub işlərinin dalınca getdi" yazılı video ətrafdakı müəssisələrdən birinin müşahidə kamerası ilə qeydə alınıb. Lakin Ria Novosti həmin şəxsin gənc qız olduğunu dəqiqləşdirib.

Görüntülərdə qız yıxıldıqdan bir neçə saniyə sonra ayağa qalxır və heç nə olmamış kimi üstünün qarını çırpdıqdan sonra işlərinin arxasınca gedir.

Daha sonra qızın səhhətində problem yarandığından təcili yardımla xəstəxanaya aparılıb. 27 yaşlı qız reanimasiyaya yerləşdirilib. Həkimlər onun bədənində bir dənə də sınıq tapmayıb, ona ancaq daxili orqanların qançırları diaqnozu qoyulub.

Video qısa müddətdə Rusiyanın sərhədlərini aşaraq digər ölkələrə yayılıb və xəbər gündəmini zəbt edib.

 

BAKU.WS
VİDEO