İngiltərənin baş naziri xəstəxanada yerdə yatızdırılan 4 yaşlı uşaqdan üzr istədi - VİDEO
İngiltərənin baş naziri Boris Conson sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən 4 yaşlı uşağın saatlarla yerdə yatmasına görə ondan üzr istəyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, 4 yaşlı Cek Villiment sətəlcəm diaqnozu ilə Lidsdəki xəstəxanaya aparılıb. Ancaq xəstəxanada boş yataq olmadığı üçün uşaq 4 saat oksigen maskası ilə beton döşəmədə yatmalı olub.
Yayılan şəkillərdən məlum olur ki, uşağın anası Sara Villiment oğlunun altına və üstünə yorğan sərib. 5 saat ərzində döşəmə üzərində yatan uşaq daha sonra palataya yerləşdirilib.
Məsələnin ictimailəşməsindən sonra baş nazir Consondan olaya münasibət öyrənilib: "Bu dəhşətli bir fotoşəkildir və ailədən və Milli Səhiyyə Xidmətlərində (NHS) dəhşətli anlar keçirənlərdən üzr istəyirəm".
Oxşar xəbərlər
Dünya liderləri illər əvvəl - FOTO
Siyasi arenada sözünü demiş və nüfuzlu liderlərin gənclik illəri ilə bağlı şəkillər yayılıb. BAKU.WS xəbər verir ki, şəkillərdə partiya sədri, baş nazir və prez...