SİZİN REKLAM BURADA!
055 213 76 73


"Pakistanlı Halk" adı verilən və 444 kq çəkisi olan Arbab Khizer Hayat uzun boylu arvad axtarışına çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Görünüşü və artıq çəkisi ilə "Halk" adını qazanmış 27 yaşlı pakistanlı ailəsinin təkidindən sonra evlənmək qərarına gəlib.

Arbab Khizer Hayat onunla evlənməyə bir neçə xanımın razı olduğunu və lakin özü buna razı olmadığını deyib:

"Ona zərər verməməyim üçün arvadım gərək ağır çəkili olsun. İndiyə qədər mənimlə evlənmək istəyən bütün qadınlar çox cılız idilər. Ən azı 100 kq olan bir qadınla münasibət qurmaq istəyirəm və birlikdə yaxşı görünməyimiz üçün onun boyu 1.92 sm-dən uzun olmalıdır".

Ölkənin şimalındakı Mardan şəhərində yaşayan və məşhurlaşan pakistanlı gəncin 1.97 sm boyu və 444 kiloqram çəkisi var.

Müxtəlif şoular göstərmək üçün nəhəng bədənindən istifadə edən Hayat əli ilə maşınları qaldırır, traktor və avtobusları iplə çəkir.

BAKU.WS
VİDEO