Rusiya Konstitusiyası bu ilin mayınadək dəyişdiriləcək

16
yan
2020
20:58
Rusiya Konstitusiyasına dəyişikliklərə dair ümumrusiya səsverməsi bu il mayın 1-dək keçirilməlidir.
BAKU.WS-in məlumatına görə, bu barədə TASS agentliyinə Federasiya Şurasındakı mənbə bildirib.
Mənbə qeyd edib ki, may ayınadək Konstitusiyaya dəyişikliklərə dair qanun layihələri üzrə könüllü ümumrusiya səsverməsi keçiriləcək.
Ehtimal edilir ki, səsvermə bazar günlərindən birinə salınacaq. Qanun layihələrinin Dövlət Dumasının müzakirəsinə fevral ayında çıxarılacağı gözlənilir.
Oxşar xəbərlər
Rusiyanın yeni baş nazirinin adı məlum oldu
Rusiyanın Dövlət Dumasının deputatları səsvermə zamanı Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər. BAKU.WS xəbər verir ki, bu barədə "g...