SİZİN REKLAM BURADA!
055 213 76 73


Yapon milyarder Yusaku Mayzava Tvitterdə maraqlı aksiya keçirib.

BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, pulun insanları xoşbəxt edib-etmədiyini eksperiment etmək istədiyini bildirən milyarder, izləyicilərindən sadə bir şey istəyib.

O, etdiyi paylaşımı izləyicilərinin yenidən paylaşmasını (retweet) istəyib. Onların arasından seçəcəyi 1000 nəfərin hər birinə isə 1 milyon yen (9100 dollar) verəcəyini söyləyib. Bu isə ümumilikdə 9,1 milyon dollara bərabərdir.

Sosial eksperiment 7 yanvarda yekunlaşıb. Onun statusunu isə 4 milyondan çox insan yenidən paylaşıb.

Mayzavanın yaxın günlərdə təsadüfi yolla seçdiyi 1000 nəfərin adını açıqlayacağı bildirilir.

BAKU.WS