SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Komi Respublikasında "Lukoyl" neft şirkətinə məxsus neft emalı zavodu yanıb.

BAKU.WS xəbər verir ki, hadisə zamanı bir nəfər xəsarət alıb. Həmin şəxs xəstəxanaya çatdırılıb. Yanğının söndürülməsinə 18 yanğınsöndürən maşın cəlb edilib.

Qeyd edilir ki, yanğına səbəb texnoloji partlayış olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zavodun ümumilikdə 1000 kvadrat ərazisi yanıb.

BAKU.WS