SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın "İsraili məhv edəcəyik" təhdidinidən sonra açıqlama verən İsrailin Baş naziri Benyamin Netanyahu general Qasım Süleymaninin ölümündən sonra yaranan gərginlə İsrailin daxil edilməməsini istəyib.

BAKU.WS "haberler.com" saytına istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.

Məlumata görə, Baş nazir Netanyahunun rəhbərlik etdiyi təhlükəsizlik kabinetinin iclası keçirilib.

İclasda təhlükəsizlik kabinetinə müraciət edən Netanyahu, "Süleymaninin ölümünə səbəb olan hücumda İsrailin heç bir rolu olmayıb. Buna görə İsrail ABŞ və İran arasındakı gərginliyə daxil edilməməlidir",-deyə bildirib.

BAKU.WS