SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə zəlzələ baş verib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 01:11-də Egey dənizi sahillərində qeydə alınıb.

Zəlzələ 4,0 bal gücündə olub.

Zəlzələnin episentri Türkiyənin İzmir vilayətinin Urla rayonundan 21 kilometr məsafədə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, dünən axşam Türkiyənin Yalova vilayətində 3,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 20:13-də qeydə alınıb.

Zəlzələnin ocağı 10,7 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

BAKU.WS