SİZİN REKLAM BURADA!
055 213 76 73


İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsilə bağlı ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

BAKU.WS RİA “Novosti”yə istinadən xəbər verir ki, Donald Tramp ABŞ güclərinin endirdiyi zərbənin ardından mətbuat nümayəndələrinə açıqlama verib.

Amerika lideri açıqlamasında bildirib ki, Qasım Süleymani bölgədə müharibənin dayandırılması üçün öldürülüb.

"Biz dünən təşəbbüs etdik ki, müharibəni dayandıraq. Biz bu adamı müharibəni başlatmaq üçün deyil, onu bitirmək üçün öldürdük. Bu gün Süleymaninin bir çox vəhşiliklərinin qurbanlarını yada salırıq və onunla təsəlli tapırıq ki, onun terrora əsaslanan onun idarəçiliyi bitdi. Süleymani son 20 il boyunca Yaxın Şərqin sabitliyi pozmaq üçün terror aktları təşkil edirdi. Onu ki, biz dünən etdik, çoxdan etmək lazım idi, - Tramp bildirib.

Donald Tramp onu da vurğulayıb ki, əldə edilmiş məlumatlara görə, Qasım Süleymani amerikalı diplomatlara qarşı sui-qəsd planlaşdırırmış:

“Bizim hədəf siyahımız var. Niyyətimiz İranda rejimi dəyişmək deyil”.

Xatırladaq ki, daha əvvəl İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif ABŞ-ın Bağdaddakı raket zərbəsini terror aktı adlandırıb.

İranın ali lideri Ayətullah Əli Xameneyi isə Süleymaninin qətlinə görə qisas almağa söz verib.

BAKU.WS