SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı rəhbərliyinin “Vaşinqton Post” nəşrinin yazarı olan jurnalist Camal Haşoqqinin İstanbuldakı konsulluqda qətlə yetirilməsində ittiham olunan 5 nəfər barəsində edam, 3 nəfər haqqında həbs çıxarması “Vaşinqton Post” tərəfindən tərəfindən birmənalı qarşılanmayıb.

BAKU.WS “Anadolu” agentliyin istinadən xəbər verir ki, qəzet Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yaxınlığı ilə bilinən Baş Kəşfiyyat İdarəsi rəisinin sabiq müavini Əhməd Əsiri və müşaviri Səud əl-Qahtaniyə heç bir cəza verilməməsinə etiraz edib.

Qəzetdə yazılan məqalədə qeyd edilib ki, qərarın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi əxlaqi olaraq yanlış olduğu qədər həm də təhlükəlidir:

“Bu vəziyyət Məhəmməd bin Salmanın cinayətlərinə müsbət baxıldığı mesajını verməkdir”.

Məqalədə həmçinin ABŞ Prezidenti Donald Trampın bu vəziyyətə reaksiyaı da tənqid edilib. Qeyd edilib ki, Trampın dəstəyi olmasaydı Salman bu qədər soyuqqanlı şəkildə ədalətin qarşısını ala bilməzdi.

“Vaşinqton Post” Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Cina Haspelə müraciət edərək Haşoqqi cinayəti ilə bağlı ətraflı hesabat tələb edilməsini istəyib.

Qeyd edək ki, xarici media Haşoqqinin konsulluqda necə öldürüldüyü barədə dəhşətli təfərrüatları açıqlayıb. Bu təfərrüatlara əsasən jurnalist sənəd almaq üçün konsulluğa girən kimi xüsusi olaraq Ər-Riyaddan göndərilmiş cəllad qrupu ona hücum çəkib. Jurnalisti konsul Muhammed əl-Üteybinin otağına apararaq orada işgəncə ilə öldürüblər. Qrupda yer alan pataloji anatomiya mütəxəssisi Xaşoqinin cəsədini 15 dəqiqə ərzində doğrayıb. Daha sonra onun cəsədinin xüsusi vasitələrlə buxarlandırıldığı iddia edilib. İstintaq zamanı cəsədin heç bir yerdən tapılmaması bu iddianı gücləndirib.

Fərid ƏDALƏT
BAKU.WS