Almaniyanın sabiq prezidenti Riçard von Veizsaekerin oğlu Fritz von Veizsaeker bıçaqla qətlə yetirilib.

BAKU.WS "Tagesspiegel"ə istinadən xəbər verir ki, hadisə Berlin şəhərində baş verib.

Bildirilir ki, Schlosspark klinikasında təqdimat keçirən sabiq prezidentin oğlu bıçaqlı şəxsin hücumuna məruz qalıb.

Hadisə zamanı silahlı şəxsə müdaxilə edən digər şəxs də yaralanıb.

Qeyd edək ki, Riçard von Veizsaeker 1984-1994-cü illərdə Almaniyanın prezidenti olub.

BAKU.WS
QALEREYA