Venesueladan sonra Boliviyada vəziyyət qarışdı: Prezidentin istefası tələb olundu

10
noy
2019
20:42
Boliviyada hökumət əleyhinə genişmiqyaslı aksiyaların keçirilməsindən sonra hazırki prezidenti Evo Morales narazı kütlənin istəyini yerinə yetirib. BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, Evo Morales yeni prezident seçkilərinin keçiriləcəyini elan edib.Boliviyada 20 oktyabrda baş tutumuş prezident seçkilərində E.Moralesin əsas rəqibi olan sabiq dövlət başçısı, eyni zamanda müxalifət lideri olan Karlos Mesa öz şərtini açıqlayıb. Müxalifət lideri Evo Moralesin istefasını və prezident seçkilərinə qatılmamasını tələb edib.O, həmçinin aksiya iştirakçılarını E. Morales istefa verənə qədər nümayişləri davam etdirməyə çağırıb.Qeyd edək ki, Morales hazırda ölkədə fövqəladə vəziyyət rejimi elan edib və müxalifəti dövlət çevrilişinə cəhddə günahlandırıb.
Oxşar xəbərlər
Livanın baş naziri istefa verib
Livanın baş naziri Saad əl-Hariri vəzifəsindən istefa verdiyini açıqlayıb.BAKU.WS xəbər verir ki, buna səbəb Livanda müxalifətin keçirdiyi aksiyaların tələbi il...