İtaliyanın Baş naziri istefa verdi

21
avq
2019
11:19
İtaliyanın Baş naziri Cuzeppe Konte istefa verib.BAKU.WS “Euronews”a istinadən xəbər verir ki, o, prezident Serjo Mattarelleyə istefası ərizəsini təqdim edib.Prezident də onun istefasını qəbul edib. Lakin, yeni hökumət formalaşana qədər vəzifəsini icra etməsi istənilib.Mattarellanın bu gün partiya liderləri ilə görüşmələrə başlayacağı gözlənilir. Əgər yeni koalisiya hökumətini təşkil etmək mümkün olmasa, prezident parlamenti buraxacaq və erkən seçkilər keçiriləcək.Qeyd edək ki, Kontenin istefası iqtidar koalisiyasının dağılması ilə əlaqədardır.
Oxşar xəbərlər
İngiltərənin yeni Baş naziri məlum oldu
İngiltərədə Mühafizəkarlar Partiyasının sədri postuna səsvermə keçirilib.BAKU.WS Sputnik-ə istinadən xəbər verir ki, Boris Conson partiya üzvlərinin 92 min 153-...