SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Vladimir Zelenski siyasi əqidəsinə görə təqib edilən ruslara vətəndaşlıq vermə qaydasını sadələşdirib. 

BAKU.WS
vedomosti.ru-ya istinadən xəbər verir ki, bu barədə fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.

Zelenski hələ aprel ayında Ukraynanın "avtoritar və korrupsiyalaşmış rejimlərdən əziyyət çəkən bütün xalqların nümayəndələrinə" və xüsusən də ruslara vətəndaşlıq verəcəyini söyləmişdi.

O, bunu Rusiya prezidenti Vladimir Putinin özünü "müstəqil" elan etmiş separatçı Donetsk və Lugansk Xalq respublikalarının (DPR və LPR) sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilmiş qaydası haqqında fərman imzaladıqdan sonra bəyan etmişdi. Onun bu bəyanatından 3 gün sonra - 27 apreldə Putin bütün Ukrayna vətəndaşlarına sadələşdirilmiş prosedurun şamil edilə biləcəyini söyləmişdi.
BAKU.WS